Türkiyədə narkotacir öldürülüb.
Yacnut xəbər Lent.az-a istinadla bildirir ki, hadisə Adana şəhərinin Seyhan qəsəbəsində baş verib. Fatih Y. qonşusu Orhan Boyana dəfələrlə narkotik satmaması barədə xəbərdarlıq edib. Lakin qonşu buna məhəl qoymayıb.
Şəxsi yorum: Alqışa layiq hərəkət edib.
Məhəllədə rastlaşan qonşular arasında yenə bu mövzuda mübahisə başlayıb. Nəticədə Fatih Y. bıçaqla Orhanın sinəsin və qarnına xəsarətlər yetirib. Xəstəxanaya aparılan yaralını qurtarmaq mümkün olmayıb.
Fatih Y. polis tərəfindən saxlanılıb. Öldürülən Orhan Boyanın isə əvvəllər bir neçə maddə ilə məhkumluğu olduğu üzə çıxıb.