İran rəhbərliyinin ölkənin siyasi və iqtisadi mərkəzlərini respublikanın cənub sərhədlərinə, Fars körfəzi sahillərinə köçürməkdən başqa çarəsi yoxdur.
Yacnut Xəbər Axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bir sıra mülahizələrə, ilk növbədə, iqtisadi səbəblərə görə Tehranı paytaxt kimi saxlamaqda davam etmək qeyri-mümkün olur. Mövcud tendensiya ilə ölkəni inkişaf etdirmək mümkün deyilsə, biz cənubdan və dənizdən Tehrana resurslar gətirmək, sonra onları məhsula çevirmək və ixrac üçün yenidən cənuba göndərmək istəyiriksə, bu, rəqabət qabiliyyətimizi getdikcə daha da aşağı salacaq”, – prezident bildirib.