Norveç kralı V Harald və Kraliça Sonyanın böyük qızı Marta Luiza Kaliforniyadan (ABŞ) olan Darek Verretlə evlənib.
Yacnut xəbər Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Hello” nəşri məlumat yayıb.
2022-ci ildə nişanlandıqdan sonra o, Norveç şahzadəsi titulundan imtina etmək və Qlüksburqun kral evini rəsmi olaraq təmsil etməmək qərarına gəlib, lakin V Harald qızının titulunu saxlayıb.
Nəşrin məlumatına görə, toyda gəlinin valideynləri, qardaşı vəliəhd şahzadə Hokon, onun həyat yoldaşı vəliəhd şahzadə Mette-Marit, həmçinin şahzadə Merta Luiza və onun üç qızı – Mod, Lea və Emma da daxil olmaqla 350 qonaq iştirak edib. Yeni evlənənləri təbrik etməyə 92 yaşlı şahzadə Astrid də gəlib. O, mərasimə əlil arabasında gətirilib.
Gəlin 52, bəy isə 49 yaşındadır. Onlar 2019-cu ildə münasibətdə olduqlarını açıqlayıblar. Verret özəl şaman seansları keçirir. Onun müştərilərindən biri də arasında aktrisa Qvinet Peltroudu. Kişi anasının Norveç-Hindistan, atasının isə Haiti əsilli olduğunu iddia edir.