İsveçin Beyrutdakı səfirliyi müvəqqəti olaraq bağlanacaq.
Yacnut xəbər “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström TV4 telekanalına müsahibəsində bildirib.
“Xarici İşlər Nazirliyi əməkdaşlarına Beyrutu tərk edərək Kiprə getmələri tapşırıb. Nazirlik səfirliyin müvəqqəti köçürülməsini planlaşdırır”, – Billström aydınlıq gətirib.
Qeyd edək ki, İsveçin Beyrutdakı səfirliyində altı nəfər çalışır. Nazir İsveç vətəndaşlarını Livana səfərdən çəkinməyə çağırıb. Respublikada yaşayanlara isə oranı tərk etmələri tövsiyə olunur.