İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidmətinin əməkdaşı Anna Ukolova bildirib ki, yəhudi dövləti Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə görə məsuliyyəti öz üzərinə götürmək niyyətində deyil.
Yacnut xəbər bu barədə “Oxu.az”a istinadən xəbər verir.
HƏMAS-ın siyasi büro rəhbərinin ölümü iyulun 31-də səhər tezdən məlum olub. Fələstin hərəkatı onun İsrailin İran paytaxtına endirdiyi zərbə nəticəsində öldürüldüyünü bildirib.