İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidmətinin əməkdaşı Anna Ukolova bildirib ki, yəhudi dövləti Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə görə məsuliyyəti öz üzərinə götürmək niyyətində deyil.
HƏMAS-ın siyasi büro rəhbərinin ölümü iyulun 31-də səhər tezdən məlum olub. Fələstin hərəkatı onun İsrailin İran paytaxtına endirdiyi zərbə nəticəsində öldürüldüyünü bildirib.
Mənbə: Oxu.az