Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulub.
Yacnut xəbər xəbər verir ki, 4-cü oyun günündə 2 matç keçirilib. Bununla da 1/4 finalın son iştirakçıları da müəyyənləşib.
“Allianz Arena”da Rumıniya Niderlandla qarşılaşıb. Almaniyalı Feliks Zvayerin idarə etdiyi görüş Niderland 3:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. “Narıncılar” bu mərhələdə Avstriya – Türkiyə matçının qalibi ilə qarşılaşacaq.
Digər oyun isə “Red Bull Arena”da keçirilib. Burada qardaş ölkə Türkiyənin milli komandası Avstriya ilə üz-üzə gəlib. Türkiyə yığması gərgin keçən görüşdə 2:1 hesablı qələbə qazanıb. Bununla da Vinçentso Montellanın komandası 1/4 finala adlayıb.
Türkiyə millisi 1/4 finalda Niderlandla qarşılaşacaq.
Qeyd edək ki, bunadək artıq 1/4 finalın 3 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək.
Mənbə: Qol.az