Kiyevdə “Hilton” otelində ABŞ səfirliyinin attaşesinin meyiti tapılıb.
Yacnut xəbər xəbər verir ki, bu barədə “Strana” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
“Dünən saat 11:00 radələrində ABŞ səfirliyinin attaşesinin meyiti otel otağında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Həmin şəxs iyunun 15-də Ukraynaya gəlib. ABŞ səfirliyinin verdiyi tibbi məlumatlara görə, kişi yüksək xolesteroldan əziyyət çəkirdi”, – məlumatda bildirilib.
ABŞ səfirliyi səfirliyin attaşesinin cəsədinin tapılması barədə məlumatını təsdiqləyib.
Mənbə: Axar.az