Gürcüstanın şərqindəki Kaxeti bölgəsində güclü qasırğa XI əsrə aid Alaverdi monastır kompleksinə ziyan vurub.
Güclü külək bir neçə dəqiqə davam edib. Bu müddət ərzində o, kompleksin əsas məbədinin günbəzinə və digər infrastruktura zərər vurub. Külək yaxınlıqda dayanmış avtomobili də aşırıb.
Sosial şəbəkələrdə hadisə şahidlərinin paylaşdıqları görüntülər yayılıb. Kadrlarda küləyin monastır ərazisi üzərində tornado şəklində dövrə vuraraq yolundakı hər şeyi süpürüb apardığı görünür.
İtkilər barədə məlumat verilmir. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti hələlik rəsmi şərh verməyib.