Bu gün Azərbaycan təmsilçiləri UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
“Yacnut” xəbər “Report”a istinadən xəbər verir ki, ilk olaraq meydana “Sabah” komandası çıxacaq.
Murad Musayevin baş məşqçi olduğu kollektiv Latviyada RFŞ-in qonağı olacaq və paytaxt təmsilçisi avrokuboklarda debüt edəcək.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü çexiyalı FIFA referisi Yan Maxalek idarə edəcək. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra “Bank Respublika Arena”da təşkil olunacaq
26 iyul
UEFA Konfrans Liqası
RFŞ (Latviya) – “Sabah” (Azərbaycan)
Baş hakim: Yan Maxalek (Çexiya)
Yurmala. Sloka stadionu
Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən “Qəbələ” və “Neftçi” ilk matçlarını iyulun 27-də keçirəcəklər.