Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında finala yüksəlib.
“Yacnut” xəbər “Qafqazinfo”ya əsaslanaraq xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Taleh Məmmədov ermənistanlı rəqibi Qraçya Poqosyana 5:1 hesabıyla qalib gələrək Avropa çempionatının finalına çıxıb.