Suriyada Bəşər Əsəd rejimi Su-22 qırıcıları ilə İdlib şəhərinin mərkəzinə zərbələr endirib.
Yacnut xəbər Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İkin məlumata görə, hava hücumu nəticəsində 3 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
Bundan başqa, İdlibin şimalındakı Harbanuş kəndindəki çadır şəhərciyinə təşkil edilən hücum zamanı isə 5-i uşaq, 2-si qadın olmaqla, 7 nəfər ölüb, 12 nəfər isə yaralanıb.