İspaniya La Liqasının rəhbərliyi “Barselona” – “Atletiko” matçının Mayamidə (ABŞ) keçirilməsi ideyasından imtina edib.
Yacnut xəbər Oxu.Az-a istinadən xəbər verir ki, İspaniya çempionatının XVIII turunun oyununun dekabrın 22-də Mayamidə keçirilməsi planlaşdırılmışdı.
Lakin qarşılaşmanın Kataloniya paytaxtında təşkilinə qərar verilib.
La Liqanın prezidenti Xavyer Tebas ölkədə baş verən faciə fonunda İspaniya çempionatı matçlarının ABŞ-də keçirilməsinin düzgün olmadığını söyləyib. Bununla yanaşı, rəhbərlik 2025-ci ildə ABŞ-də oyun keçirməyi istisna etmir.
Qeyd edək ki, İspaniyanın cənub-şərqində güclü leysan yağışları daşqınlara yol açıb. Son məlumatlara görə, nəticədə 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.