“Mançester Yunayted” “Sportinq”in hücumçusu Viktor Qyökeresi almaq istəyir.
“Yacnut” xəbər Lent.az-a istinadla bildirir ki, indiyədək “Mançester Yunayted” 26 yaşlı isveçli üçün müraciət etməyib. Lakin Portuqaliya klubunda hücumçu ilə birgə çalışan və onun oyununun böyük pərəstişkarı olan baş məşqçi Ruben Amorimin təyinatı ilə klubun mövqeyi dəyişə bilər.
Qyökeres Amorimin rəhbərliyi altında 65 oyunda 59 qol vurub və 23 məhsuldar ötürmə edib. Futbolçu üçün “Mançester Siti”, “Arsenal”, “Liverpul” və “Çelsi” də mübarizə aparır.
Qeyd olunur ki, gələn yay Qyökeres 60-70 milyon avroya “Sportinq”i tərk edə bilər.