Düşünürəm ki, Bayden səhv edir. Bu, vuracağınız hədəf deyilmi?
Yacnut xəbər Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd Donald Tramp İsrailin İrandakı nüvə obyektlərinə zərbə vurmasının məqsədəuyğun olmaması barədə ABŞ Prezidenti Co Baydenin sözlərini şərh edərkən deyib.
O bildirib ki, nüvə silahı ən böyük riskdir və İranın onu əldə etməsinin qarşısı alınmalıdır.
Tramp əlavə edib ki, Birləşmiş Ştatlar belə bir inkişafa hazır olmalıdır.
Qeyd edək ki, İran 1 oktyabrda İsrailə kütləvi raket zərbələri endirib. İsrailin buna cavab olaraq İranın neft və nüvə obyektlərinə zərbə endirə biləcəyi iddia edilir.