ABŞ İraqdakı beynəlxalq missiyasının başa çatdığını və qoşunların tezliklə ərazini tərk edəcəyini açıqlayıb.
Yacnut xəbər Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Ağ Ev nə qədər hərbçinin çıxarılacağını bildirməyib.
Qeyd edək ki, hazırda orada 2,5 min nəfərə yaxın kontingent var.
ABŞ rəsmiləri bildiriblər ki, ilk qoşunlar prezident seçkilərindən sonra “Eynul əl-Əsəd” bazasını və Bağdad Beynəlxalq Hava Limanını tərk edərək Ərbildəki “Hərir” bazasına köçürüləcək.
Birinci mərhələ 2025-ci ilin sentyabrına qədər davam edəcək.