80-dən çox deputat Fransa Prezidenti Emmanuel Makronun vəzifəsindən uzaqlaşdırılmasını tələb edən qətnaməni imzalayıb.
Yacnut Xəbər Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Radio Franceinfo” məlumat yayıb.
Sənədi “Yeni Xalq Cəbhəsi” blokundan 81 deputatın imzaladığı iddia edilir ki, onlardan 72-si “Məğlub olmayan Fransa” partiyasından olan deputatlardır.
Qətnamənin imzalanmasına səbəb Makronun blokun nümayəndəsini ölkənin baş naziri postuna təyin etməkdən imtina etməsi olub.