Rusiyanın Pokrovsk istiqamətində hücum üçün hazırladığı resurslar bitmək üzrədir.
Yacnut xəbər Axar.az-a istinadən xəbər verir ki, bu barədə ehtiyatda olan ukraynalı hərbçi Aleksey Getman deyib.
“Onlar əlavə qüvvələr də cəlb edə, hətta şərq cəbhəsi üçün ağır texnikalar da yeritmək istəyirlər. Lakin resursları bitmək üzrədir və bu, artıq özünü göstərir”, – Getman bildirib.
Onun sözlərinə görə, sentyabrın sonuna doğru Rusiyanın resursları tükənsə də, hücumları dayanmayacaq.