“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Yacnut xəbər xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib.
Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andrade baxımlı qolla yadda qalıb.
Səfərdə rəqibini iki cavabsız topla üstələyən “köhlən atlar” növbəti III təsnifat mərhələsinə yüksəlib.
“Qarabağ” bu raundda “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda “Ludoqorets” qələbə qazanıb – 2:0.