PSJ “Renn”in yarımmüdafiəçisi Dezire Duheti transfer etməyə çalışır.
Yacnut xəbər Lent.az-a istinadla bildirir ki, 19 yaşlı futbolçu parislilərin mövsümlərarası fasilədə əsas hədəfidir. “Renn” futbolçu üçün 60 milyon avro tələb edir.
Məlumata görə, Duhet və ailəsi artıq PSJ-nin prezidenti Nasser Əl-Xelaifi və klubun idman müşaviri Luis Kamposla görüşüb. Öz növbəsində “Bavariya” “Renn”ə bonuslar da daxil olmaqla 55 milyon avroluq təklif edib.
Duhetin “Renn” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir. 2023/24 mövsümündə futbolçu klubda 43 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.