Dünya xəbərləri

Putinin səfərindən tərəfdaşı Çin də narahat oldu

Rusiya Prezidenti Vladimir Putin son aylarda xarici səfərlərinin sayını artırıb. O, ilk növbədə Ukrayna müharibəsində Rusiyaya dəstək verən dövlətlərə üstünlük verib. Kreml sahibi Çindən sonra Şimali Koreya və Vyetnama səfər edib. Vladimir Putin Koreya Xalq Demokratik Respublikasına sonuncu dəfə 24 il əvvəl, yəni 2000-ci ildə səfər etmişdi. Putində başqa keçmiş SSRİ liderlərindən heç biri, o cümlədən Rusiyanın ilk prezidenti Boris Yeltsin Şimali Koreyaya səfər etməmişdilər. Putin isə bu ölkəyə ikinci dəfədir səfər edib. Putindən başqa dünya liderlərindən yalnız Çin lideri Si Szinpin 2019-cu ildə Pxenyana səfər edib.

 

Yacnut xəbər bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ və Cənubi Koreya Putinin Şimali Koreyaya səfərindən çox narahat olublar:

“Vaşinqton və Seul hesab edirlər ki, Rusiya hərbi texnologiyalarını Şimali Koreya ilə paylaşa bilər. Həqiqətən Rusiya ilə Şimali Koreya arasında iqtisadi əlaqələr aşağı səviyyədədir, 2021-ci ildə ticarət mübadiləsi cəmi 2 milyon dollar civarında olub. Doğrudur, sonrakı iki ildə ticarət mübadiləsi artıb və 29 milyona çatıb. Ancaq Rusiyanın Cənubi Koreya ilə ticarət dövriyyəsi ilə müqayisədə bu, çox kiçik rəqəmdir. Rusiya ilə Cənubi Koreya arasında ticarət dövriyyəsi 15 milyard dollardan çoxdur. Yəni bu rəqəmlərdən də görünür ki, Şimali Koreya Rusiyanın ticarət tərəfdaşı deyil. İki ölkə arasında əlaqələr siyasi dəstək müstəvisində qurulub. Pxenyan Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini ifadə edib. Vaşinqtonla Seulu əsas narahat edən də məhz bu amildir. Bu iki dövlətin rəsmilərinin fikrincə, Rusiya Şimali Koreyaya sualtı gəmilər, ballistik raketlər üçün texnologiyalar ötürə bilər. Bu mümkündür. Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə görə, tərəflərindən birinə qarşı təcavüz halında hərbi yardımın göstərilməsi nəzərdə tutulub”.

Politoloq vurğulayıb ki, Pekin Kremlin tərəfdaşı olsa da, Rusiyanın Şimali Koreya ilə strateji tərəfdaşlığına ehtiyatla yanaşır:

“Röyters” Pekinin Qərbə qarşı Rusiya-Şimali Koreya ittifaqına qoşulmaq istəmədiyini yazıb. Pekinin Pxenyana böyük təsir imkanları var və Çin bunu Rusiya ilə bölüşmək istəmir. Pekin Rusiyanın Vyetnamla tərəfdaşlığından da narahatdır. Çünki Şimali Koreya kimi Vyetnamın da Çinlə özəl münasibətləri mövcuddur. Buna baxmayaraq, Vyetnam ətraf adalara nəzarət məsələsində Çinlə fikir ayrılığına malikdir. Pekində hesab edirlər ki, Rusiya Vyetnamla əlaqələri inkişaf etdirməklə bu ölkəni Çindən uzaqlaşdıra bilər.

Vyetnam son illərdə xarici siyasətini və ticarət mübadiləsini şaxələndirməyə çalışır. Çindəki xarici müəssisələrin bir qismi alternativ olaraq Vyetnama və digər qonşu ölkələrə köçürlər. O biri tərəfdən ABŞ Çin məhsullarına gömrük rüsumlarını artırdığına görə Pekin özü də başqa bazarlara ixracatını artırıb. Misal üçün Çinin Meksika və Tailanda ixracı iki dəfədən çox artıb. Ancaq bütün hallarda Pekin rəqibi ABŞ və ya tərəfdaşı Rusiyanın Çinin qonşularıyla sıx əlaqələrindən narahatlığını gizlətmir”.

Mənbə: Axar.az

Oxşar Xəbərlər

Dünyada bir ilk: Süni intellektə dair saziş imzalanacaq

admin

Süni intellekt bioloji silah hazırlayır

admin

Narkotik satdığı üçün qonşusunu öldürdü

admin

Bu gündən koreyalılar Ukraynaya hücuma keçir

admin

Culian Assanj rəsmən azadlığa buraxılıb

admin

Rus ordusu Kurskda bir kəndi geri qaytardı

admin

Qadın pişiyi sayəsində XƏRÇƏNG olduğunu öyrəndi

admin

Ukraynada yeni növ koronavirus aşkar edilib

admin

Dalağı əvəzinə səhvən qaraciyəri kəsilən xəstə öldü

admin

Zəlzələlər qızıl külçələrinin əmələ gəlməsinə səbəb olur

admin

Gələcəyin pandemiyası: Kənd təsərrüfatı heyvanlarında elmə məlum olmayan 36 yeni virus aşkarlandı

admin

Gözlənilməz kəşf: Su son dərəcə yüksək temperaturda dondu

admin

2024-ün ən yaxşı 5 kiçik smartfonu

admin

“Honda-Sony” elektrik avtomobilləri enerjini “Tesla”nın stansiyalarında dolduracaq

admin

Yerə bənzər planet kəşf edildi

admin

Türkiyə və Misir arasında 18 sənəd imzalandı

admin

Norveç şahzadəsi şamanla evləndi

admin

Qəfil ölümə səbəb olan yeni “Yapon virusu”: Bütün dünyada sürətlə yayılır

admin

Mütləq dünya çempionu Roy Consun oğlu intihar edib

admin

50 yaşdan yuxarı olanlar üçün ən zərərli içki

admin

Husilər Türkiyə gəmisini vurdular

admin

Məşhur rusiyalı bloqer Türkiyədə faciəli şəkildə öldü

admin

Suriya müxalifəti PKK/YPG-nin nəzarətində olan Mənbicdə əməliyyat keçirir

admin

İsveç Livandakı səfirliyini müvəqqəti bağlayacaq

admin

Türkiyədə qalmaqallı hadisə: Bir imam digər imamın arvadını qaçırdı

admin

Rusiya Türkiyədən bunun üçün xahiş etdi

admin

Müharibəni yalnız bir ölkə dayandıra bilər – HƏMAS

admin

“Titanik” gəmisinin qalıqlarından tapılan qızıl saat rekord qiymətə satıldı

admin

Rusiyada FTX-nin binası yandırıldı

admin

İsrail Ermənistan səfirini qovmağa hazırlaşır?

admin

6 PKK terrorçusu MƏHV EDİLDİ

admin

Qadın qeyri-adi arzusu üçün milyonlar xərclədi

admin

Maskdan Britaniya üçün proqnoz: “Vətəndaş müharibəsi qaçılmazdır”

admin

Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb

admin

Yusuf Dikeç Lamiyə Vəliyevaya təşəkkür etdi

admin

31 yaşında Nobel mükafatı alan alim vəfat etdi

admin

Atanın hədiyyəsi oğula 1 milyon qazandırdı

admin

Rusiyada azərbaycanlı 14 yaşlı məktəbli qızı oğurlayıb

admin

Dünyada yeganə olan “Ferrari” hərraca çıxarıldı

admin

Süni intellekt sistemləri məxfilik üçün böyük risklər yaradır

admin

Qiyməti 20 min dollardan az olan 10 ən yaxşı elektrik avtomobili

admin

Gürcüstanda güclü qasırğa qədim monastır kompleksinə ziyan vurub

admin

Şərh yaz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Davamını oxu

Məxfilik və Kukilər siyasəti