AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.
“Yacnut” xəbər Yenisabah.az-a istinadən xəbər verir ki, qurum “Neftçi”nin şikayətini təmin etməyib.
“Neftçi-2″nin futbolçusu Ağadadaş Salyanski “Sumqayıt-2” ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması və komandanın 300 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, 20 yaşlı hücumçu əvəzedicilər liqasının 29-cu turunda “Sumqayıt”la matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.