Müasir avtomobil açarından istifadə çox rahatdır. Ancaq bunun bir çatışmazlığı var.
“Yacnut” xəbər Lent.az-a istinadən xəbər verir ki, avtomobilin açarını itirmək və sındırmaq ciddi çətinliklərə səbəb olur. Beləliklə, sürücü avtomobilin salonuna girib mühərriki işə salmaq imkanından məhrum olur.
Elektron açarın işləməsi ilə bağlı problemlər cihazın düzgün yerləşdirilməməsi səbəbindən yarana bilər.
Bir çox sürücü tez-tez bu cihazı smartfonu ilə eyni cibinə qoyur. Smartfon elektron açarın işləməsinə mənfi təsir göstərə bilər. Məhz bu səbəbdən avtomobil açarı ilə smartfonu yanaşı saxlamaq olmaz.