Lionel Messinin çıxış etdiyi MLS komandası “İnter Mayami” KONKAKAF Çempionlar Liqasının 1/4 finalında Meksikanın “Monterrey” komandasına 3:1 hesabı ilə məğlub olub. ABŞ yığması ilk görüşdə məğlub olaraq turnirlə vidalaşıb.
“Yacnut” xəbər Lent.az-a istinadla bildirir ki, Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının təşkilatçılığı ilə keçirilən KONKAKAF Çempionlar Liqasının 1/4 final mərhələsinin ikinci oyununda MLS komandası “İnter Mayami” səfərdə Meksika təmsilçisi “Monterrey” ilə “Estadio BBVA”da qarşılaşıb.
Qarşılaşmada Meksika yığması 31-ci dəqiqədə Brandon Vaskes, 58-ci dəqiqədə German Bertarame və 64-cü dəqiqədə Xesus Qallardonun vurduğu qollarla 3-0 önə keçib. Paraqvaylı futbolçu Dieqo Qomez matçın 85-ci dəqiqəsində argentinalı ulduz Lionel Messinin ötürməsi ilə hesabı 3-1-ə çatdırsa da, bu, ABŞ yığmasının növbəti mərhələyə adlaması üçün kifayət etməyib.
Jordi Alba 78-ci dəqiqədə ikinci sarı vərəqə alaraq qırmızı vərəqə aldıqdan sonra “İnter Mayami” 10 nəfərlə qalıb.
“İnter Mayami” öz meydanında keçirdiyi ilk matçda 2:1 hesabı ilə uduzub və ümumilikdə 5:2 hesabı ilə uduzaraq 1/4 finalda turnirlə vidalaşıb.
“İnter Mayami”nin heyətində Lionel Messi, Luis Suares, Serxio Busquets və Jordi Alba kimi futbolçular var.