İtlər qoxuları 10 min dəfə daha yaxşı qavrayırlar və hətta onlardan insanın hansı xəstəlikdə olduğunu müəyyən etmək üçün istifadə edə bilirlər.
“Yacnut” xəbər Lent.az-a istinadən xəbər verir ki, alimlər insan orqanizmi tənəffüs, tər, qan və sidik vasitəsilə müxtəlif üzvi birləşmələr ifraz etdiyi üçün itlər tərəfindən aşkarlana bilən bədən qoxusunun dəyişməsinə gətirib müəyyən ediblər.
Onlar ən azı səkkiz xəstəliyi tanıya bilirlər. İtlər xərçəng, diabet, epilepsiya, narkolepsiya, miqren, Parkinson xəstəliyi, malyariya və COVID-19-u qoxulamaqda ən effektivdir.
Mütəxəssislər izah edirlər: itlər 220 milyon qoxu reseptoru və dəqiqədə 300-ə qədər qısa nəfəslər sayəsində qoxuları daha yaxşı qavrayırlar ki, bu da onlara daim yeni birləşmələri götürməyə imkan verir.