Fırıldaqçılar “iPhone” istifadəçilərinin hesablarını oğurlamaq üçün yeni üsul tapıblar
“Yacnut” xəbər Lent.az-a istinadən xəbər verir ki, təcavüzkarlar parol sıfırlama sorğularından istifadə edərək profilləri oğurlamağa başlayıblar.
Bildirilir ki, fırıldaqçılar “iPhone”, “Apple Watch” və “Mac” cihazlarının sahiblərinə “Apple ID” hesabının parolunu dəyişmək üçün sorğular göndərirlər. Bir şəxs parolun sıfırlanmasına icazə verən düyməni klikləsə, təcavüzkarlar qurbanın hesabına daxil olur və onu bloklaya bilər.