Qurban Qurbanov əla mövsüm keçirdi. Düşünürəm ki, bir çox klublar ona diqqət yetirir. “Latsio”dan, Türkiyə çempionatından söhbət gedir.
“Yacnut” xəbər “Axar.az”a istinadən xəbər verir ki, bu barədə futbol agenti Ramil Adıgözəlov “Leqalbet” ilə söhbətində bildirib.
O, Rusiyanın köklü komandasının da azərbaycanlı mütəxəssislə maraqlandığını qeyd edib:
“Ehtimal ki, “Spartak” da onun arxasınca düşüb. Ona böyük tələbat var və bu məntiqlidir”.
Qeyd edək ki, bu sezon “Qarabağ” Avropa Liqasında ilk dəfə 1/8 final mərhələsinə yüksəlib və burada Leverkuzen “Bayer”inə 6:5 uduzub.