Azərbaycan millisi FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün 2-ci – sonuncu matçına çıxıb.
“Yacnut” xəbər “QOL.az”a istinadən xəbər verir ki, rəqib Bolqarıstan millisi olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan millisi ilk oyununda Monqolustana 1:0 hesabı ilə qalib gəlib. Bolqarıstan isə eyni hesabla Tanzaniyanı üstələyib.
Bu gün eyni zamana, Tanzaniya Monqolustanla qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
Xatırladaq ki, bu yarış turnir deyil və yoldaşlıq xarekterli layihə məqsədi daşıyır. Ona görə də yarışın qalibi olmayacaq.
25 mart
20:00.Azərbaycan – Bolqarıstan – 1:1
Qol: Filip Krastev, 59 (0:1), Musa Qurbanlı, 87 (1:1)
Baş hakim: Kristo Tohver (Estoniya)
Tofiq Bəhramov adına Respublika stadionu