2025-ci ilə planlaşdırılan Apple smartfonları ön paneldə gücləndirilmiş qoruyucu örtüklə buraxılacaq.
“Yacnut” xəbər Lent.az-a istinadən bildirir ki, bu barədə çinli bloqqer Instant Digital Weibo hesabında məlumat verib.
Tanınmış ekspertin sözlərinə görə, Apple iPhone ekranını qoruyan yeni şüşənin hazırlanmasına milyardlarla dollar xərcləyib. Ağır yüklü ön panel Yaponiyada yaradılıb. Çox güman ki, 2025-ci ilə planlaşdırılan iPhone 17 cihazlarında görünəcək.
Instant Digital həmçinin bildirib ki, yeni əks örtük o qədər möhkəm olacaq ki, smartfon istifadəçiləri qoruyucu plyonka və şüşədən qurtula biləcəklər. “O, təsəvvür etdiyinizdən daha cızıqlara davamlı olacaq” müəllif qeyd edib.
Apple artıq öz smartfonlarında quraşdırılmış qoruyucu şüşə Ceramic Shield istifadə edir ki, bu da iPhone ekranında cızılma və çatların görünmə ehtimalını azaldır. Eyni zamanda, qoruyucu örtük ekrandakı təsvirin parlaqlığını pisləşdirmir.