Fransanın dünyadakı diplomatik şəbəkəsi kiçilib.
“Yacnut” xəbər Modern.az-a istinadla xəbər verir ki, “L’Express” qəzeti yazır ki, bu, narahatedici siqnaldır: “Fransa beynəlxalq səhnədə geriləyir. Bu vəziyyət narahatlıq doğurur”.
Yazıda qeyd olunub ki, Çinin ölkə xaricindəki diplomatik təmsilçiliklərinin sayı 274-ə çatıb. Uzun illər ən geniş diplomatik şəbəkəyə sahib olmuş ABŞ artıq 271 nümayəndəliklə ikinci yerdə gəlir.
252 səfirlik və konsulluğu olan Türkiyə isə Fransanı sıxışdıraraq ilk üçlükdən çıxarmağa nail olub. Ankaranın xaricdəki diplomatik nümayəndəliklərindən 24-ü son 8 ildə açılıb. Bu müddətdə Fransa xərcləri azaltmaq üçün 18 diplomatik təmsilçiliyi bağlayıb. 249 nümayəndəliyi olan Paris artıq beşinci yerdə qərarlaşıb. Rəsmi Paris təkcə diplomatik nümayəndəlik sayını deyil, xaricdə çalışan heyətin sayını da azaldır. Bundan əlavə, bir çox Afrika ölkəsi beynəlxalq qurumlarda Fransanın vasitəçilik missiyasından imtina edir. Hətta Avropa ölkələri də Parisin Afrika və miqrantlarla bağlı siyasətini tənqid edir. Fransız ekspertlərin fikrincə, bütün hallarda Fransanın beynəlxalq nüfuzu zədələnir, ona etibar edənlərin sayı azalır.