Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
“Yacnut” xəbər “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Kəpəz” “Neftçi”ni qəbul edib.
Tovuz şəhər stadionunda reallaşan görüş bol qollu sülhlə yekunlaşıb – 3:3.
“Kəpəz”in heyətində Martins Junior dubl edib. Digər qolu Elçin Əlicanov vurub.
“Neftçi”də isə hər üç qola Filip Ozobiç imza atıb.