“AvtoVAZ” strukturuna daxil olan “Lada Sport” şirkəti yeni nəsil “Lada Vesta Sport”un sedan və universal kuzovlarında idman versiyalarının istehsalına başlayıb.
“Yacnut” xəbər “Lent.az”a istinadla bildirir ki, “Lada Sport” artıq “Station Wagon” və sedan kuzov tiplərində “Vesta Sport”u yığmağa başlayır. 1.8 mühərriki VAZ-da yığılmadığı üçün o, yəqin ki, “Granta Sport” 1.6 ilə eyni şəkildə quraşdırılacaq. Lakin 136 at gücünə qədər artırılacaq.
Maşınların rəsmi dilerlərdə nə vaxt görünəcəyi və qiymətinin nə qədər olacağı barədə məlumat yoxdur.