PSJ futbol klubunun rəhbərliyi komandanın hücumçusu Kilian Mbappenin müqaviləni yeniləyərkən klubu aldatdığını hesab edir.
“Yacnut” xəbər Lent.az”a istinadən xəbər verir ki, bu barədə jurnalist Loik Tanzi məlumat verib.
Mənbənin məlumatına görə, 2022-ci ildə Mbappe azad agent kimi klubu tərk etməyəcəyinə söz verib. Qeyd olunur ki, PSJ bossları fransalıya inanıb və Kilianla qısamüddətli müqavilə imzalamağa qərar verib.
Həmin vaxt 3 illik müqavilədə israrlı olmayıblar.
“Marca”nın daha əvvəl iddia etdiyi kimi, futbolçunun anası artıq PSJ rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını bildirib.
Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.