Türkiyə Avro-2028 və ya Avro-2032-yə ev sahibliyi etmək üçün rəsmi namizəd olub.
“Yacnut” xəbər “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası artıq namizədlik sənədini UEFA-ya göndərib. Bu barədə qurmun rəsmi saytı məlumat yayıb.
Daha əvvəl Avro-2028 üçün Böyük Britaniya və İrlandiya, Avro-2032 üçün isə İtaliya namizədliyini irəli sürmüşdü. Bu qitə çempionatlarının ev sahibləri oktyabr ayında açıqlanacaqlar.
Qeyd edək ki, növbəti Avropa çempionatı – Avro-2024 Almaniyada keçiriləcək.