Tarixi şəxsiyyətlər

Böyük İskəndər – ƏFSANƏ

   Tarixdə iz                         buraxanlar:                       Makedoniyalı                   İsgəndər

Qə­dim Yu­na­nıs­ta­nın Ma­ke­do­ni­ya çar­lı­ğı­nın hökm­da­rı və Ar­ge­ad­lar sü­la­lə­si­nin nü­ma­yən­də­si, qə­dim dün­ya­nın məş­hur fa­te­hi, sər­kər­də­si və hökm­da­rı İs­gən­dər era­mız­dan əv­vəl 21 iyul 356-cı il­də ana­dan olub. İs­gən­dər adı ona ulu əc­da­dı olan Ma­ke­do­ni­ya pad­şa­hı I Alek­san­drın şə­rə­fi­nə ve­ri­lib.

 

Ar­ge­ad­lar sü­la­lə­si­nin bü­tün nü­ma­yən­də­lə­ri ki­mi İs­gən­də­rin ata­sı, Ma­ke­do­ni­ya pad­şa­hı II Fi­lipp də özü­nü He­rak­lın nəs­lin­dən he­sab edir­di. Ana­sı Olim­pia­da isə Epir pad­şa­hı­nın qı­zı idi.

 

Əf­sa­nə­yə gö­rə, bir gün Olim­pia­da yu­xu­da gö­rür ki, onu il­dı­rım vu­rur. Bu zər­bə­dən güc­lü alov tö­rə­yir və sü­rət­lə hər tə­rə­fə ya­yı­lır. Son­ra isə bü­tün dün­ya­nı bü­rü­yür və ani ola­raq da sö­nür. Yu­xu­yo­zan­lar bil­di­rir ki, onun oğ­lu ola­caq, bü­tün dün­ya­nı fəth edə­cək və çox az ya­şa­ya­caq.

 

Qə­dim yu­nan­la­rın adə­ti­nə gö­rə, İs­gən­dər yed­di ya­şı­na­dək evin qa­dın­lar olan his­sə­sin­də ana­sı və da­yə­si­nin ya­nın­da ya­şa­yır. İs­gən­dər möh­kəm, cəld və cü­rət­li bö­yü­yür­dü. Uşaq­lı­ğın­da hi­ma­yə­dar­la­rı ilə sa­vaş­da və id­man ya­rış­la­rın­da hə­mi­şə qə­lə­bə qa­za­nır­dı. O, da­im mü­ha­ri­bə­lər­də də qə­lə­bə qa­zan­maq ar­zu­su ilə ya­şa­yır­dı. Yed­di ya­şı ta­mam ol­duq­dan son­ra İs­gən­dər ənə­nə­yə əsa­sən evin ki­şi­lər ya­şa­yan his­sə­si­nə ke­çi­ri­lir. Bu­ra­da onun­la dö­yüş və hər­bi işə ha­zır­lıq üçün cid­di məş­ğə­lə­lər apa­rı­lır. İs­gən­dər əv­vəl­cə öz ya­şıd­la­rı ilə at sür­mə­yi öy­rə­nir. Mü­rək­kəb fi­zi­ki hə­rə­kət tə­ləb edən tap­şı­rıq­la­rın ye­ri­nə ye­ti­ril­mə­sin­də, si­lah­la dav­ran­maq­da ona tay ta­pıl­mır­dı. Bir də­fə fes­sa­li­ya­lı yu­nan ta­ci­ri Fi­lo­nik Fi­lip­pə bir at al­ma­ğı tək­lif edir. O bu­nun üçün 30 ta­lant məb­lə­ğin­də pul is­tə­yir. Ha­mı bu məb­lə­ğin çox­lu­ğun­dan hey­rət­lən­sə də, fes­sa­li­ya­lı tə­kid edir ki, be­lə at dün­ya­da ye­ga­nə­dir, bu­na gö­rə də bu qiy­mə­tə də­yər. Fə­qət mi­nil­mə­miş ata ya­xın düş­mək ol­mur. Ən ma­hir və ən güc­lü mi­ni­ci­lər be­lə ona ya­xın­la­şa bil­mir. Fi­lipp acıq­la­nır və atı al­maq­dan im­ti­na edir. Bu za­man gənc İs­gən­dər qış­qı­ra­raq:”Gör qor­xu­la­rın­dan ne­cə atı əl­dən ve­rir­lər!” – de­yir. Bu söz­lə­ri eşi­dən Fi­lipp qə­zəb­lə­nir və İs­gən­də­rə ata min­mə­yi tək­lif edir. İs­gən­dər atın yü­yə­nin­dən tu­tub onu gü­nə­şə tə­rəf çe­vi­rir. O ba­şa dü­şür ki, at öz köl­gə­sin­dən qor­xur. Cəld atın be­li­nə atı­lır və çap­ma­ğa baş­la­yır. Fi­lipp və əha­tə­si baş ve­rən­lə­rə qor­xu ilə ta­ma­şa edir. Fə­qət İs­gən­dər mi­ni­ci­li­yin bü­tün qay­da­la­rı­na mə­ha­rət­lə əməl edir, döv­rə­ni ba­şa vu­ra­raq Fi­lip­pin qar­şı­sın­da at­dan dü­şür. Fi­lipp göz yaş­la­rı için­də oğ­lu­nu öpür və be­lə de­yir: “Oğul, özü­nə mü­na­sib şah­lıq ax­tar, Ma­ke­do­ni­ya sə­nin üçün çox ki­çik­dir!”

 

Fi­lipp is­tə­yir­di ki, oğ­lu yax­şı təh­sil al­sın. Bu­na gö­rə də İs­gən­də­rin 13 ya­şı ta­mam olan­da ona təh­sil ver­mək üçün döv­rün ən məş­hur fi­lo­so­fu Aris­to­te­li sa­ra­ya də­vət edir. Aris­to­te­lin ata­sı Ma­ke­do­ni­ya pad­şa­hı­nın sa­ra­yın­da hə­kim iş­lə­miş və Fi­lip­lə Aris­to­tel uşaq­lıq­da bir yer­də oxu­muş­du. Aris­to­tel İs­gən­də­rin mü­əl­li­mi olur və Mie­za­da­kı Nim­fa­lar mə­bə­di dərs keç­mək üçün mə­kan ola­raq se­çi­lir. İs­gən­də­rə dərs ver­mə­yin əvə­zin­də Fi­lipp yer­lə-yek­san et­di­yi Aris­to­te­lin və­tə­ni Sta­qi­ri ye­ni­dən in­şa et­mək və kö­lə ol­muş köh­nə sa­kin­lə­ri sa­tın alıb azad edə­rək, sür­gün­də olan­la­rı isə ba­ğış­la­ya­raq şə­hə­ri ye­ni­dən dol­dur­maq şər­ti­ni qə­bul edir.

 

İs­gən­dər coğ­ra­fi­ya məş­ğə­lə­lə­ri­nə xü­su­si səy gös­tə­rir­di. O, Aris­to­tel­dən çox şey öy­rə­nir və hət­ta onu özü­nün “ikin­ci ata­sı” ad­lan­dı­rır. İs­gən­dər öz dost­la­rı­na be­lə de­yir­di: “Fi­lip­pə borc­lu­yam ona gö­rə ki, mə­ni hə­ya­ta gə­ti­rən odur. Aris­to­te­lə isə mə­nə hə­ya­tı öy­rət­di­yi­nə gö­rə borc­lu­yam.”

 

İs­gən­dər 16 ya­şı­na çat­dıq­da Aris­to­te­lin ona dərs keç­mə döv­rü ba­şa ça­tır. Fi­lipp İs­gən­də­ri na­ib və va­ri­si ki­mi öz ye­ri­nə qo­ya­raq sə­fə­rə çı­xır. Ata­sı sə­fər­dən ge­ri qa­yı­da­na qə­dər gənc İs­gən­dər qi­yam et­miş tay­fa­la­rı ta­be et­mə­yi ba­ca­rır. Hət­ta İran el­çi­lə­ri­ni qə­bul edə­rək, öz ağ­lı və zə­ka­sı ilə on­la­rı nə­in­ki tə­əc­cüb­lən­di­rir, hət­ta qor­xu­ya sa­lır. İs­gən­dər qü­rur və lə­ya­qə­ti­ni mü­vəf­fə­qiy­yət­lə qo­ru­yur, özü­nün hökm­dar mən­şə­yi­ni heç vaxt unut­mur­du. Be­lə de­yir­lər ki, dost­la­rı ona Olim­pi­ya oyun­la­rın­da iş­ti­rak et­mə­yi tək­lif et­dik­də o be­lə de­yir: “Əgər rə­qi­bim şah­lar ola­caq­sa, iş­ti­rak edə­rəm.”

 

Fi­lipp və İs­gən­dər fars­lar­la mü­ha­ri­bə­yə ha­zır­la­şır. Bu məq­səd­lə Ki­çik Asi­ya­ya təc­rü­bə­li sər­kər­də Par­me­nio­nun baş­çı­lı­ğı ilə or­du da gön­də­rir­lər. Fə­qət ai­lə da­xi­lin­də baş ve­rən ha­di­sə­lər on­la­rın bü­tün plan­la­rı­nı alt-üst edir. Olim­pia­da ilə Fi­lipp ara­sın­da­kı mü­na­si­bət­lər get­dik­cə pis­lə­şir. Nə­ti­cə­də, Fi­lipp Olim­pia­da­dan ay­rı­la­raq öz ya­xın əyan­la­rın­dan bi­ri olan At­ta­lın qo­hu­mu Kleo­pat­ra ilə ev­lə­nir.

 

Toy şən­lik­lə­rin­dən son­ra qo­naq­lar te­at­ra yol­la­nır. Pad­şa­hın mə­iy­yə­ti ara­sın­da olan Pav­sa­ni­ya qəf­lə­tən pal­ta­rı­nın al­tın­da giz­lət­di­yi qı­lın­cı çı­xa­ra­raq Fi­lip­pi vu­rur. Mü­ha­fi­zə­çi­lər onu dər­hal öl­dü­rür. Era­dan əv­vəl 336-cı il­də Fi­lipp İs­gən­də­rin qol­la­rı ara­sın­da ölür.

 

Fi­lip­pin sər­kər­də­lə­ri yax­şı ba­şa dü­şür­dü­lər ki, on­la­ra cə­sur bir hökm­dar la­zım­dır. On­lar hər­bi şu­ra­ya top­la­şa­raq İs­gən­də­ri pad­şah elan edir­lər. İs­gən­dər dər­hal ata­sı­nın qa­ti­li ilə bağ­lı is­tin­ta­qa baş­la­yır. Pad­şah­lıq tax­tı­na hü­qu­qu olan­la­rın ha­mı­sı Fi­lip­pin qət­lin­də bu və di­gər də­rə­cə­də təq­sir­lən­di­ri­lə­rək edam olu­nur. Be­lə şa­yiə gə­zir­di ki, məhz Olim­pia­da özü Pav­sa­ni­ya­nı Fi­lip­pi öl­dür­mə­yə təh­rik edib.

 

Be­lə­lik­lə, e.ə.336-cı il­də iyir­mi yaş­lı İs­gən­dər hökm­dar olur. Bu za­man hər tə­rəf­dən onu təh­lü­kə hə­də­lə­yir­di. Şi­mal­da vax­ti­lə Fi­lip­pin ta­be et­di­yi tri­bal­lar üs­yan edir­di­lər. Cə­nub­da Yu­na­nıs­tan Fi­lip­pin ölü­mü­nü se­vinc­lə qar­şı­la­mış­dı və Ko­rinf it­ti­fa­qı­nın da­ğıl­ma­sı ar­zu­sun­da idi. De­mos­fen Afi­na­da bay­ram pal­ta­rın­da gə­zir və öz nitq­lə­rin­də İs­gən­də­ri “oğ­lan­cı­ğaz” ad­lan­dı­rır­dı. Fars­lar Par­la­me­nio­nun Ki­çik Asi­ya­da­kı or­du­su­nu sı­xış­dı­rır­dı.

 

Təc­rü­bə­li əyan­lar gənc hökm­da­ra məs­lə­hət gö­rür ki, əhə­mə­ni­lər­lə mü­ha­ri­bə­dən im­ti­na et­sin, yu­nan­la­rın işi­nə qa­rış­ma­sın və üs­yan­çı­lar­la ra­zı­lı­ğa gəl­mə­yə cəhd et­sin. Fə­qət bu­nun ək­si­nə ola­raq İs­gən­dər tə­ci­li şə­kil­də öz or­du­su­nu top­la­yır və bir ne­çə dö­yüş­də tri­bal­la­rı dar­ma­da­ğın edir. On­lar­la qon­şu olan və II Fi­lip­pin ölü­mün­dən son­ra baş qal­dı­ran il­li­ri­ya­lı­lar is­gən­də­rin bu qə­lə­bə­sin­dən xə­bər tu­tub sa­kit­lə­şir.

 

İs­gən­dər Asi­ya­ya keç­məz­dən əv­vəl şi­mal sər­həd­lə­ri­ni mü­ha­fi­zə et­mək is­tə­yir­di. Era­mız­dan əv­vəl 335-ci ilin ya­zın­da o, bir sı­ra qi­yam­la­rı ya­tırt­maq üçün hü­cum edir. Am­fi­po­lis­dən baş­la­ya­raq “Müs­tə­qil tra­ki­ya­lı­lar”ın öl­kə­si­nə sə­fər edir. Hi­mes da­ğın­da Ma­ke­do­ni­ya or­du­su yük­sək­lik­lə­ri tu­tan Tra­ki­ya or­du­su­na hü­cum edir və on­la­rı məğ­lu­biy­yə­tə uğ­ra­dır. Ma­ke­do­ni­ya­lı­lar Tri­ba­li öl­kə­si­nə yü­rüş edir və Li­gi­nis ça­yı ya­xın­lı­ğın­da on­la­rın or­du­su­nu məğ­lub edir. Da­ha son­ra İs­gən­dər Du­na­ya doğ­ru irə­li­lə­yir və qar­şı sa­hil­də olan Qe­ta qə­bi­lə­si ilə qar­şı­la­şır. Ge­cə ça­yı ke­çə­rək düş­mə­nə qə­fil hü­cum edir və ilk sü­va­ri toq­quş­ma­sın­dan son­ra on­la­rı ge­ri çə­kil­mə­yə məc­bur edir. Bu qə­lə­bə­dən son­ra İs­gən­də­rə xə­bər ça­tır ki, İl­li­ri­qa ça­rı Klit və Tav­lan­tı ça­rı Olav­ki­ya onun ha­ki­miy­yə­ti­nə qar­şı açıq qi­yam edir­lər. İs­gən­dər qər­bə, İl­li­ri­ya­ya yü­rüş edə­rək on­la­rın hər bi­ri­ni məğ­lub edir və hər iki hökm­da­rı or­du­la­rı ilə qaç­ma­ğa məc­bur edir. Bu qə­lə­bə­lər­lə İs­gən­dər şi­mal sər­hə­di­ni möh­kəm­lən­di­rir.

 

İs­gən­dər şi­ma­la yü­rüş edən­də fi­ba­lı­lar bir da­ha üs­yan edir. Bu­nu eşi­dən İs­gən­dər dər­hal cə­nu­ba doğ­ru hə­rə­kət edir. Bə­zi şə­hər­lər tə­rəd­düd edər­kən Fi­ba dö­yüş­mə­yə qə­rar ve­rir. Fə­qət Fi­ba­nın mü­qa­vi­mə­ti sə­mə­rə­siz qa­lır. İs­gən­dər şə­hə­ri yer­lə-yek­san edir və onun əra­zi­si­ni Boe­ti­ya şə­hər­lə­ri ara­sın­da bö­lür. Fi­ba­nın so­nu Afi­na­nı qor­xu­dur və bü­tün Yu­na­nıs­tan­da mü­vəq­qə­ti ola­raq sülh ha­kim olur. İs­gən­dər An­ti­pat­rı ye­ri­nə na­ib qo­ya­raq Asi­ya yü­rü­şü­nə baş­la­yır.

 

İs­gən­də­rin or­du­su era­mız­dan əv­vəl 334-cü il­də Hel­les­pon­tu ke­çir. O, Asi­ya tor­pa­ğı­na ni­zə ata­raq və Asi­ya­nı Uca Tan­rı­dan hə­diy­yə ki­mi qə­bul et­di­yi­ni de­yə­rək İran im­pe­ri­ya­sı­nın ta­ma­mı­nı iş­ğal et­mə niy­yə­ti­ni gös­tə­rir. Bu həm də İs­gən­də­rin dip­lo­ma­ti­ya­nı üs­tün tu­tan ata­sı­nın ək­si­nə ola­raq mü­ha­ri­bə et­mək is­tə­mə­si­ni gös­tə­rir­di. Qra­nik dö­yü­şün­də fars­la­ra qar­şı ilk qə­lə­bə­dən son­ra o, İo­ni­ya sa­hi­li bo­yun­ca hə­rə­kət edir.

 

Bun­dan son­ra İs­gən­dər III Da­ra­nın tə­qi­bi­ni da­vam et­di­rir. Tez­lik­lə ona xə­bər gə­lir ki, fars or­du­su­nun ko­man­da­nı Bess III Da­ra­nı əsir gö­tü­rüb və özü­nü Əhə­mə­ni hökm­da­rı elan edib. Ma­ke­do­ni­ya­lı at­lı­la­rı on bir gün son­suz çöl­lər­lə Bes­si tə­qib edir və nə­ha­yət ona ça­tır­lar. Və­ziy­yə­ti be­lə gö­rən Bess ara­ba kar­va­nı­nı tərk edə­rək özü­nə sa­diq dö­yüş­çü­lər­lə qa­çıb giz­lə­nir. Ara­ba­la­rın bi­rin­də İs­gən­dər III Da­ra­nın me­yi­ti­ni gö­rür. Onun ya­nın­da yal­nız sa­diq iti qal­mış­dı. İs­gən­dər öz pla­şı­nı çı­xa­ra­raq me­yi­tin üs­tü­nə ör­tür. Son­ra­dan onun əm­ri ilə III Da­ra hökm­da­ra la­yiq tən­tə­nə ilə dəfn edi­lir. III Da­ra­nın qa­ti­li Bess isə ələ ke­çi­ri­lə­rək edam olu­nur. Era­dan əv­vəl 330-cu il­də Da­ra­nın və Bes­sin öl­dü­rül­mə­sin­dən son­ra İs­gən­dər İran döv­lə­ti­nin tam­hü­quq­lu hökm­da­rı­na çev­ri­lir.

 

Ma­ke­do­ni­ya­lı sər­kər­də­lə­rin bir ço­xu be­lə he­sab edir­di ki, ar­tıq mü­ha­ri­bə qur­ta­rıb və İs­gən­dər İran üzə­ri­nə xə­rac qo­ya­raq Ma­ke­do­ni­ya­ya qa­yıt­ma­lı­dır. Fə­qət Ma­ke­do­ni­ya pad­şa­hı bu ba­rə­də heç dü­şün­mək be­lə is­tə­mir­di. O, fars dö­yüş­çü dəs­tə­lə­ri ilə ta­mam­lan­mış Ma­ke­do­ni­ya or­du­su ilə Hin­dis­tan üzə­ri­nə yü­rü­şə baş­la­yır. Bir çox­la­rı sə­fə­rə çı­xar­kən ümid edir­di ki, bu yü­rüş so­nun­cu ola­caq və on­lar nə­ha­yət doğ­ma Ma­ke­do­ni­ya­ya qa­yı­da­caq­lar. Ma­ke­do­ni­ya or­du­su e.ə.326-cı il­də Hind pad­şa­hı Po­run tor­paq­la­rı­na so­xu­lur. Por bö­yük bir or­du top­la­yır. Gi­dasp ça­yı sa­hi­lin­də dö­yüş baş ve­rir. Bu dö­yüş­də Por özü xü­su­si igid­lik gös­tə­rir. Fə­qər İs­gən­də­rin sü­va­ri dəs­tə­lə­ri düş­mə­nə güc­lü zər­bə en­di­rə­rək onun ar­xa­sı­na keç­mə­yə na­il olur. Nə­ti­cə­də ma­ke­do­ni­ya­lı­lar dö­yü­şü udur. Por ağır ya­ra­la­na­raq əsir dü­şür.

 

İs­gən­dər hind pad­şa­hı­nın igid­li­yi­ni yük­sək qiy­mət­lən­di­rir. Onu öz tor­paq­la­rı­nın hökm­da­rı ki­mi ta­nı­yır və özü­nün Şər­qə get­mək niy­yə­ti­ni açıq­la­yır. Por izah edir ki, Şərq­də güc­lü or­du­ya ma­lik di­gər knyaz və pad­şah­lıq­la­rın tor­paq­la­rı yer­lə­şir. Bu yol çox uzun və təh­lü­kə­li­dir. Ma­ke­do­ni­ya or­du­su da irə­li get­mək­dən im­ti­na edir. Bun­dan sar­sı­lan İs­gən­dər bir ne­çə gün öz ça­dı­rın­dan ba­yı­ra çıx­mır. Bir ne­çə gün son­ra hökm­dar evə qa­yıt­maq is­tə­yən­lə­rin ha­mı­sı­nı mü­ka­fat­lan­dı­rır və on­la­rı yo­la sa­lır. Qa­lan­lar isə ye­ni sə­fə­rə ha­zır­la­şır. İs­gən­dər gə­mi­lər­lə bü­tün Af­ri­ka­nı do­la­şıb Ara­lıq də­ni­zi­nə gəl­mə­yi, İs­pa­ni­ya, İta­li­ya və Kar­fa­ge­ni tut­ma­ğı plan­laş­dı­rır­dı. Ar­tıq yu­nan mü­hən­dis­lə­ri Ba­bi­li də­niz li­ma­nı­na çe­vir­mək üçün Fə­rat ça­yı­nın en­lən­di­ril­mə­si­nə baş­la­mış­dı­lar. İs­gən­dər Ba­bi­li özü­nün dün­ya im­pe­ri­ya­sı­nın pay­tax­tı­na çe­vir­mək is­tə­yir­di.

 

Era­dan əv­vəl 323-cü il­də İs­gən­dər qəf­lə­tən qız­dır­ma xəs­tə­li­yi­nə tu­tu­lur. O get­dik­cə zə­if­lə­yir­di. Nə hə­kim­lə­rin müa­li­cə­si, nə də ka­hin­lə­rin dua­la­rı ona kö­mək edir­di. İyun ayı­nın 10-da dün­ya fa­te­hi və­fat edir.

 

Onun ölü­mün­dən son­ra sər­kər­də­lər ara­sın­da mü­ha­ri­bə­lər baş­la­yır. Əv­vəl­cə on­lar pad­şa­hın me­yi­ti­nə sa­hib­lik uğ­run­da, son­ra­lar isə ha­ki­miy­yət və tor­paq uğ­run­da vu­ru­şur­lar. Nə­ti­cə­də İs­gən­də­rin me­yi­ti sər­kər­də Pto­lo­mey­də qa­lır. İm­pe­ri­ya­nın bö­lüş­dü­rül­mə­si za­ma­nı Mi­sir onun pa­yı­na dü­şür. Pto­lo­mey İs­gən­də­rin me­yi­ti­ni qı­zıl ta­but­da apa­rıb İs­gən­də­riy­yə şə­hə­rin­də dəfn edir.

 

Ma­ke­do­ni­ya­lı İs­gən­dər qey­ri-adi im­kan­la­ra ma­lik olan na­dir və bən­zər­siz ta­ri­xi bir şəx­siy­yət idi. O, yük­sək fi­zi­ki key­fiy­yət­lə­rə – güc, çe­vik­lik və sağ­lam­lı­ğa ma­lik idi, ki­çik və bö­yük dö­yüş­lə­rin heç bi­rin­də bir də­fə də ol­sun məğ­lub ol­ma­mış­dı. İs­gən­dər həm or­du­su­na ko­man­dan­lıq edir, həm də hə­mi­şə ön sı­ra­lar­da, ən təh­lü­kə­li yer­lər­də dö­yü­şür­dü. Bü­tün bun­lar­la ya­na­şı o, xe­yir­xah­lı­ğı və ali­cə­nab­lı­ğı ilə də se­çi­lir­di.

 

Məlumatlar “anl. az” saytından video isə Cavit Pancar YouTube kanalından götürülmüşdür.

Oxşar Xəbərlər

Sultan II ƏBDÜLHƏMİD -VİDEO

admin

DAHi ŞƏXSİYYƏT – MƏMMƏD ƏMİN RƏSULZADƏ

admin

“Nəcməddin Ərbakan: İdealları ilə Yaşayan Lider”

admin

Əbülfəz Elçibəy

admin

Türk dünyasının böyük şəxsiyyəti- Selçuk Bayraktar

admin

Əmir Teymur-Teymuri imperatorluğu

admin

Tanrının Qamçısı – Atilla

admin

İosif Stalin

admin

Məhəmməd Alp Arslan-Malazgird döyüşü

admin

Metə Xaqan- Türk tarixinin şanlı səhifəsi

admin

Şərh yaz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Davamını oxu

Məxfilik və Kukilər siyasəti