Tarixi şəxsiyyətlər

Tanrının Qamçısı – Atilla

                    Atilla

 

Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil  nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib.

 

Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma  imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır. Bu səbəblə də Avropa mənbələrində “Tanrının Qamçısı”  olaraq adlanır. Amma Macar və Türk mənbələrində adından hörmətlə bəhs edilir.

Atillanın hakimiyyəti


434-ci ildə taxta çıxanda Atillanın qırx yaşı vardı. Deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. İti və nüfuzedici baxışları qarşısında tab gətirmək hər adamın işi deyilmiş. Güclü natiqlik qabiliyyətinə malik olub. Atillanın nitqi ürəklərdə həyat eşgi alovlandırar, ordunun döyüş məharətini artırarmış. O, xüsusən riyakarlara və fırıldaqçılara qarşı çox amansız olub. Bununla yanaşı, öz silahdaşlarına, döyüşçülərinə, xalqına himayədarlıq və kömək edərdi. Sadə həyat tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib.

.

Atillanın hakimiyyəti


434-ci ildə taxta çıxanda Atillanın qırx yaşı vardı. Deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. İti və nüfuzedici baxışları qarşısında tab gətirmək hər adamın işi deyilmiş. Güclü natiqlik qabiliyyətinə malik olub. Atillanın nitqi ürəklərdə həyat eşgi alovlandırar, ordunun döyüş məharətini artırarmış. O, xüsusən riyakarlara və fırıldaqçılara qarşı çox amansız olub. Bununla yanaşı, öz silahdaşlarına, döyüşçülərinə, xalqına himayədarlıq və kömək edərdi. Sadə həyat tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib.

   

İstanbula doğru


Atillanın xaqanlığı dövründə də Bizans hunlarla hesablaşır və onlara xərac verirdi. Amma hunların getdikcə güclənməsi onları çox narahat edirdi. Ona görə sülh şərtlərini tez-tez pozur, xəracı gecikdirirdilər. Bu, Atillanın qoşun hazırlayıb onların üzərinə hücum etməsinə səbəb oldu. 447-ci ildə Atilla Balkan səfərinə çıxdı. Yol boyu bütün şəhərləri zəbt edən böyük sərkərdə, nəhayət, gəlib İstanbula çatır. Bizans imperatoru tələsik onun yanına elçilər göndərərək xahiş edir ki, şəhərə girməsin: sülh şərtlərini qəbul edir və söz verir ki, onlara ciddi şəkildə əməl edəcək. Cəza olaraq yeni şərtlər əlavə olunur. Onlar bir qədər də ağır idi. Anatolios müqaviləsi adlanan bu sazişdə aşağıdakı şərtlər olub:
1. Bizans hərbi təzminat olaraq 6000 librə qızıl ödəyəcək.
2. Bizans Dunayın cənubunda, Dunaya beş günlük məsafədə qoşun saxlamayacaq.
3. İki ölkə arasında ortaq bazar artıq türk şəhəri olmuş Nişdə yerləşəcək.
4. Bizans ödədiyi vergini üç qat artıracaq. Yəni 2100 librə (150 000 solidum) qızıl ödəyəcək.
5. Bizans əvvəlki sazişdəki şərtlərə, yəni qaçaqları himayə etməmək, hun hakimiyyətindəki tayfalarla görüşməmək şərtlərinə tam olaraq əməl edəcək.


Atillanı heç kəs məğlub etməyib

Atillanı heç kəs məğlub edə bilməyib. O, dünyasını dəyişəndə 84 oğlu vardı. Qızlarının sayını bilən yox idi. 453-də – Atilla öləndən sonra oğulları arasında hakimiyyət üstə dava düşdü. Onların içində anası avropalı olan çoxlu oğlan vardı. Murad Adcı yazır ki, hunlar bütün xalqları məğlub etmişdilər. Məğlub etmədikləri bircə xalq vardı: özləri! Atilla öləndən sonra özləri ilə vuruşmağa başladılar. Bu döyüşdə isə qalib və məğlub yox idi.

Məqalədə istifadə edilən məlumatlar “Vikipedia” və “kayzen.az” saytlarından götürülmüşdür. Animasiyalı video isə “Cavit Pancar” youtube kanalından götürülmüşdür.

 

Oxşar Xəbərlər

Türk dünyasının böyük şəxsiyyəti- Selçuk Bayraktar

admin

Sultan II ƏBDÜLHƏMİD -VİDEO

admin

Metə Xaqan- Türk tarixinin şanlı səhifəsi

admin

Əmir Teymur-Teymuri imperatorluğu

admin

Məhəmməd Alp Arslan-Malazgird döyüşü

admin

DAHi ŞƏXSİYYƏT – MƏMMƏD ƏMİN RƏSULZADƏ

admin

İosif Stalin

admin

Böyük İskəndər – ƏFSANƏ

admin

“Nəcməddin Ərbakan: İdealları ilə Yaşayan Lider”

admin

Əbülfəz Elçibəy

admin

Şərh yaz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Davamını oxu

Məxfilik və Kukilər siyasəti