Günün qroskopu

Günün qoroskopu: ciddi şəkildə çalışmalı olacaqsınız

Qoç – işdə uğurlar istisna deyil. Peşəkar məziyyətləriniz və bacarıqlarınız diqqətsiz qalmayacaq. Karyera müstəvisində irəliləyə bilərsiniz. Nüfuzlu insanların dəstəyindən yararlanın.

Günün ikinci yarısında kiçik problemlər yarana bilər. Köhnə müttəfiqlərin proseslərə müdaxiləsi nəticəsində sədləri tezliklə dəf edəcəksiniz.

Axşam saatlarında maraqlı tanışlıq, yaşamınızda önəmli rol oynayacaq görüş olacaq. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Kimin nəyə layiq və qadir olduğunu, kimin inanılası adam sayıla biləcəyini anlayın. Yaramaz insandan uzaq durun.

Buğa – mürəkkəb, amma məhsuldar gündür. Asan qələbələrə bel bağlamayın. Qarşıya qoyduğunuz məqsədlərə yalnız böyük səylər və zəhmət bahasına çata biləcəksiniz. İş və karyera ilə bağlı məsələlərdə diqqətli olun. Qərarlarınız, əməlləriniz sayəsində ətrafınızdakı insanların hörmətini qazanmağa çalışın.

Günün ikinci yarısında uğurlarınız bədxahlarla paxılları sinirləndirəcək. Onlar sizə zərər vurmaq üçün əllərindən gələni edəcəklər.

Ailədə münaqişə, yaxınlarla fikir ayrılıqları istisna deyil.

Yaxınlarınızın ümid etdikləri kompromisləri unutmayın. Amma maraqlarınızı da qurban verməyin.

Əkizlər – müsbət təmayüllərin təsiri artacaq. Uğurlu gündür. Yeni kəşflər, dəyərli məlumatın alınması, önəmli görüş ola bilər. Aktiv olun. Süstlük və ətalət işlərinizə ağır zərbə vuracaq.

İctimai həyatdan kənarda qalmayın.

Günün ikinci yarısında işgüzar danışıqlar pis alınmayacaq. Çoxdankı opponentləri fikirlərindən döndərə bilərsiniz.

Qəfil təklifi qəbul etsəniz, axşam saatlarını yaxşı keçirmək imkanı yaranacaq. Maraq və fikirlərinizi bölüşən insanlarla qarşılaşa bilərsiniz. Yeni münasibət də formalaşacaq.

Xərçəng – sakit və təmkinli qalmaq asan olmasa da, hisslərinizə nəzarət edin. Belədə çətin situasiyalarda özünüzü itirməyərək dürüst qərarlar verə bilərsiniz. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin. Çətinliklərdən qeyri-standart çıxış yolları var. Yenilikləri əxz edin.

Günün ikinci yarısında faydalı məlumatı tez əldə edəcəksiniz.

Axşam saatlarında sevdiyiniz insanla münsibətləri qısqanclıq və şübhələrlə korlamayın. Yaşananları müzakirə edərək şübhələr, həyəcandan qurtulun. Yardım üçün dostlara müraciət edin. Onlar sizə kömək edəcəklər.

Şir – əlverişli, yaxşı gündür. Yeni problemlər yaranmayacaq. Günlərdən bəri çözümünü gözləyən məsələni qulaqardına vurmayın. Strateji düşünün, situasiyanın inkişaf istiqamətlərini təxminləməyi bacarın. Köhnə düşməni zərərsizləşdirin, bədxahları yolunuzdan kənarlaşdırın.

Günün ikinci yarısında yaxınlarınızın sizin dəstəyinizə ehtiyacı olacaq. Emosional yardımları əsirgəməyin. Ailə münasibətlərini möhkəmləndirin. Çoxdankı münaqişələrdən birini nizamlaya bilərsiniz.

Qız – maraqlı məlumat, mühüm xəbər alacaqsınız. Həmin məlumat planlarınıza təsir edəcək. Dəyişikliklər qaçılmazdır. Bəzi məqsədlərə çatmaq üçün yeni yollar seçilməlidir. Fərqli ideyalardan bəhrələnin.

Günün ikinci yarısında işgüzar danışıqlar məhsuldar olacaq. Yeni tərəfdaşların nəyə qadir olduğunu araşdırın.

 

Şəxsi münasibətlərdə isə hər şey normal deyil. Həddən artıq əsəbi, sinirli olmayın. Mənfi emosiyaların təsiri altında düşünülməmiş addımlar atsanız, sonradan peşman olacaqsınız.

Tərəzi – günün ilk yarısında kiçik anlaşılmazlıqlar və çətinliklər istisna deyil. Fəqət problemlərin hamısını ürəyinizə salmayın. Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri artacaq.

Günün ikinci yarısında mürəkkəb iş və dostlarla, tanışlarla ünsiyyət yaxşı alınacaq. İndiyədək dil tapa bilmədiyiniz insanlarla ünsiyyət müsbət nəticə verəcək.

Axşam saatlarını sevdiyiniz insanla keçirin. Romantik görüş unudulmaz olacaq. Yaxınlarınıza hədiyyə alın.

Əqrəb – ən ağır peşəkar tapşırıqlar və problemlərin öhdəsindən gələcəksiniz. Mürəkkəb sifarişlə bağlı fəaliyyətdə tələskənliyə yol verməyin. Əməyinizə görə ödəniş və ya mükafat özünü çox gözlətməyəcək.

Günün ikinci yarısında əhəmiyyətli gəlir ola bilər. Naqafil təklifi dərhal, təfsilatları öyrənmədən rədd etməyin. Maliyyə və əmlakla bağlı məsələləri müzakirə etmək olar. Taleyüklü müzakirələrə qatılsanız, xeyrinizə qərarın qəbuluna nail olacaqsınız.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq.

Axşam saatlarında qəfil etiraf istisna deyil.

Oxatan – gün ərzində çox iş görə bilərsiniz. Yaşam enerjiniz yetərincədir. Bütün günü tər içində çalışsanız da, ifrat yorğunluq hiss etməyəcəksiniz. Sizi narahat edəcək yeganə məqam isə dediklərinizi asanlıqla anlamayan insanlarla ünsiyyət olacaq. Çoxsaylı suallar yarana bilər.

Günün ikinci yarısında qıcıqlanmayın. Qəfil hədiyyə olacaq. Alış-verişə yollanın. Ev işlərinin öhdəsindən təkbaşına gələcək, yardıma ehtiyac duymayacaqsınız.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Oğlaq – səbrli və təmkinli olun. Məqsədə çatacaqsınız. Hadisələri tələsdirmək mənasızdır. Xoşagəlməz görüşlər, peşəkar fəaliyyət müstəvisində gərgin mübahisələr riski var. Emosiyalarınıza hakim olun. Münaqişəyə yol verməyin.

Günün ikinci yarısı maliyyə baxımından əlverişlidir. Anlaşma, sövdələşmə və müqavilə üçün münasib zamandır.

Axşam saatlarında yaxınlarınızla birlikdə istirahət edin. Münasibətləri təftiş etməyə çalışmayın.

Dolça – ciddi şəkildə çalışmalı olacaqsınız. Məqsədlərə asanlıqla çatacağınızı düşünməyin. İş və karyera ilə bağlı məsələlərdə sərvaxt davranın. Həmkarlar və rəhbərliklə müəyyən fikir ayrılıqları yarana bilər. Uzun müddətdən bəri, məhsuldar formada əməkdaşlıq etdiyiniz insanlarla münasibətləri korlamayın.

Günün ikinci yarısında mövqelərinizi qoruyun. Səhhətinizə fikir verin. Kiçik ağrılar, habelə xroniki xəstəliyin kəsklinləşməsinin qarşısını almaq üçün gərəkli addımlar atın. Axşam saatlarında normal istirahət edin, ağır fiziki işlə məşğul olmayın.

Balıqlar – yaxşı gündür. Problemlər yaransa da, sizin üçün həddən ziyadə əhəmiyyətli sahələrdə olmayacaq. Yaşananları sakit qəbul edin. Sakit və təmkinli olun. Dürüst qərar verməyə çalışın.

Günün ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Sərmayə, daşınmaz əmlak alınması üçün əlverişli zamandır.

Şəxsi münasibətlərdəki problem həllini tapacaq. Axşam taleyüklü görüş və yaşamınızı dəyişə biləcək qərar ola bilər.

Oxşar Xəbərlər

Sentyabrda zənginləşəcək BÜRCLƏR

admin

Bu həftə inanılmaz dərəcədə şanslı olacaq BÜRCLƏR

admin

Avqustun 7-nin ULDUZ FALI: Bütün bürclər üçün sevindirici hadisələr PROQNOZU

admin

Aprelin sonu hansı bürclər üçün şanslı olacaq? Fürsəti qaçırmayın

admin

Ulduz falı-27.11.2022

admin

Şərh yaz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Davamını oxu

Məxfilik və Kukilər siyasəti